Sayt satılır. Əlaqə nömrəsi +994552307379 Whatsapp 7/24 Saat Aktivdir.
129 Görüntülenme
Miras (2018) Senedli Film izle

Miras (2018) Senedli Film izle

Kategori
Yönetmen
Bakı Media Mərkəzinin istehsal etdiyi “Miras” bədii-sənədli filmi Nobel qardaşlarının Azərbaycanın neft sənayesindəki fəaliyyətinə həsr olunub. Filmin məqsədi Nobel qardaşlarının Azərbaycanda gördüyü işlərin həm regionda, həm də dünya miqyasında əhəmiyyətini və tarixi rolunu vurğulamaq, eləcə də Bakıda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir. Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bir sıra digər yeniliklərdən bəhs olunur. Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizəsindən də danışılır. “Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir. Filmin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və Gürcüstandan dəvət olunmuş kinomotoqrafçılar iştirak edib.